Menu

Türk ordusu irimiqyaslı hücuma başladı

28.01.2018, 13:09
Türk ordusu irimiqyaslı hücuma başladı

Türkiyə ordusu və Azad Suriya Ordusu Afrinin şimal-şərqində yerləşən Burseya dağında YPG terror təşkilatı ilə şiddətli döyüşlərə başlayıb.Axar.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.

Bu dağ sayəsində YPG Türkiyənin Kilis vilayəti və ASO-nun nəzarətində olan Azez şəhərini atəş altında saxlaya bilir.

Quru qüvvələrlə yanaşı əməliyyata hərbi təyyarələr də qoşulub.

YPG-nin buradakı beton mövqeləri təyyarələr və “Fırtına” özüyeriyən artilleriya qurğuları vasitəsilə darmadağın edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol