"Milli Televiziya və Radio Şurası (MTRŞ) ARB TV-nin bəzi verilişlərini xüsusi diqqətlə monitorinq edir".
Bunu “Report”un sorğusuna cavab olaraq MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
O bildirib ki, ARB-nin bəzi verilişlərinə monitorinqlər zamanı diqqəti xüsusilə artırılıb: “Bunlar əsasən şou verilişlərdir. Kanalın bəzi verilişlərində - “Boş anlar”, “Vüsaləylə sözbəsöz”, “Səhər-səhər”, “Şou məkan”, “Sayqa ilə bu axşam” və s. - baş verənlər cəmiyyətdə, sosial mediada geniş müzakirələrə, tənqidlərə səbəb olub”.
O qeyd edib ki, həmin verilişlərdə bəzi şou nümayəndələri özlərini həddən artıq sərbəst aparıb və aparıcılar da buna geniş şərait yaradıblar: “Ümumiyyətlə, bu yayım mövsümündə ARB-nin bir sıra şou verilişlərində narazılığa səbəb olan hallar artıb. Baş verənlərlə bağlı arayışlar tərtib edilir”.


Şərhlər
Qara Verlislerin siyahisina ATV nin Qanunla biz verlisini de elave edin.Oten sayinda devet etdikleri vekile sual verilir ki, alimentin odenilmemesine gore alment alana deyen ziyan odenile bilermi.Adini vekil qoyan sexs deyir bele tecrube yoxdur.Aile mecellesinin 108 ci maddesinden xeberi yoxdur.Hemin verlis kimleri neyin hesabina reklam edir arasdirin tedbir gorun.