Menu

“2003-cü ildən Azərbaycan böyük uğurlara imza atıb” - Prezident

29.01.2018, 14:35
“2003-cü ildən Azərbaycan böyük uğurlara imza atıb” - Prezident

“Azərbaycan Respublikası regionlarının inkişafı ilə bağlı üçüncü Dövlət Proqramının icrası bu il başa çatıb. Dövlət proqramının icrası çox uğurla gedib və qarşıda duran vəzifələr icra edilib”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.

Dövlət başçısı bildirib ki, bu proqramların həyata keçirilməsi regionların inkişafında dönüş yaradıb: “2003-cü ildən Azərbaycan böyük uğurlara imza atıb. Ölkəmizdə hərtərəfli inkişaf təmin olunub. Ölkədə aparılan islahatlar dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanda sabitlik təmin edilib, bunun da mənbəyində xalqın iradəsi, xalq-iqtidar birliyi durur. Ölkəmiz təhlükəsizlik, əmin-amanlıq şəraitində uğurla inkişaf edir, inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən biridir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol