Millət vəkili Hadı Rəcəbli "Kulis.az"ın “İşdən kənar” layihəsindəki müsahibəsində KVN-çilərin onu təhqir etdiyini söyləyib.
Məsələyə aydınlıq gətirən KVN “Parni iz Baku” teatrının rəhbəri, Əməkdar artist Tahir İmanov deyib: “Biz Hadı Rəcəbliylə bu məsələni üç il əvvəl həll eləmişdik”.
Onun sözlərinə görə, millət vəkili məlum yumorla bağlı onlara heç bir irad bildirməyib: “O, mənə zəng eləyəndə müsahibədə dediyi fikirləri deməmişdi. Heç bir irad bildirməmişdi. Sadəcə demişdi ki, məni düzgün başa düşməyiblər. Çox yaxşı qəbul eləmişdi yumoru. Şəxsən mənə dedi ki, jurnalistlər onun fikrini kontekstdən çıxarıb. Biz bu yayılmış söhbətə, yəni jurnalistlərin çıxartdığı “müəllim” söhbətinə arxalanaraq yumor hazırlamışdıq. Biz axı Milli Məclisdə oturmuruq. Bizim, ümumiyyətlə tamaşalarımızda təhqir, yaxud bu ifadəyə yaxın heç bir səhnəciyimiz olmayıb. Hadı müəllim mənimlə danışanda belə bir söz deməmişdi. İndi isə təhqir hesab edir. Olsun. Problem yoxdur”.
Daha sonra T.İmanov bunları söyləyib: “Bizə efir qadağası qoyulandan sonra çoxları cəsarətli olacaq, tənqidi təhqir hesab edəcək. Birinci sözlərini dəyişib başqa şey danışacaqlar. Bundan sonra kim doğrudan bizə hörmətlə yanaşırdı, kimin zəhləsi gedirdi üzə çıxacaq. Bizim tamaşaya gəlmiş, əl çalmış adamların, əslində maska altında gizləndiyini və bizə nifrət etdiyini sonralar da görəcəyik. İndi belə adamlar çox olacaq. Öz cəsarətlərini göstərmək istəyəcəklər. Bir çox adamlar bizdən qisasını almaq istəyəcək. İlk Hadı Rəcəbli oldu. Bunun da problemi yoxdur”.


Şərhlər
Hadı bəy bir özünə,obyektlərinə.monopoliyasına diqqət etsin,Milli Məclisdə əhalinin sosial vəziyyətini korlayan düşüncələrini götür-qoy etsin.yaşayış minimumu ilə yaşamağı düşünsün, pensiyaçı və əlillərin sosial vəziyyətindən xəvbəri olsun, ondan sonra yumora cavab versin.AXı belə adamlar yumor anlamazlar.
Hadı Recebov Azerbaycan xalqının genofonduna sarsıdıcı zerbe vuran yabançı destenin en mekirli üzblerinden birudir!
Tahir İmanov və dostlarının toplumun problemlərini teatr dili ilə çözməkdə rolu misilsizdir."Bakılı oğlanlar planeti "nin aynasında özünü əyri görənlər əyriliyi düzəltmək yerinə, aynanı qırmaq yolunu tutub.Nə yazıq.Bu oğlanlar ölkə içində və dışında xalqımızın əsl igidləridir. Bütöv orduya təndirlər. Gerçək xalq artistləri onlardır. Daim sosial problemlərin həllinə çalışır, düşmən təbliğatına mədəni yolla sinə gərirlər. Teatrın əsl missiyasını uğurla gerçəkləşdirirlər.Onların aynasında düz düz,əyri əyridir.
Her kes oz emelinden utansin Vallah bir dənesiniz .Kanallara da bilirsiz niye buraxmirlar bilirler ki o kanallarin izleyicisii ne qederdi Sizi izlemek isteyenler internetden cox gozel yararlanirlar Allah yolunuzu aciq elesin dogruya zaval yoxdu siz dogrulardansiniz