Menu

"Azərbaycan başdan ayağa elə Cümhuriyyət parkıdır!" - Sabiq deputatdan etiraz

29.01.2018, 16:11

alqishXəbər verdiyimiz kimi, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında Azərbaycanda Mərkəzi Cümhuriyyət Parkının salınmasını təklif edib.

Komitə sədri bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin olmasını xatırladıb: “Orada Cümhuriyyət tarixində rolu olanların abidəsi, tarixi salnamələr və s. ucaldıla bilər ki, yeni nəsillər mütəmadi bununla canlı tanış olsun”. SSRİ dövründə 26 Bakı Komissarı bağını və onun təbliğatda rolunu xatırladan komitə sədri bildirib ki, milli cümhuriyyət parkının olması təqdirəlayiqdir.

Sabiq deputat, tanınmış YAP-çılardan biri Alqış Musayev komitə sədrinin bu təklifinə qarşı çıxıb. "AzPolitika"nın məlumatına görə, A.Musayev bi məsələyə dair "Facebook"da status paylaçıb. Sabiq deputat yazır:

"Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Mərkəzi Cümhuriyyət Parkının salınması təklif edilib. Mən hesab edirəm ki, bu, sadəcə, populizmdir. Müasir Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Və o deməkdir ki, Azərbaycan başdan ayağa elə Cümhuriyyət parkıdır!

Hansısa xarici ölkələrin birində belə bir parkın salınması təklif edilsəydi müzakirə etmək olardı..."

Şərhlər

Arif 2018-01-29 16:11:38

Bu da axır ki ağzındakı paxlanı çıxardı Türkler demiş. Köhne eqidesine, kommunistliye sadiqliyini sübuta yetirdi. Bir insan müsteqilliye ne qeder düşmen olmalıdı ki Cümhuriyyet parkının əleyhine çıxsın.

Dəniz Xaldani 2018-01-29 16:11:38

Heç bir kitabda, Qobustan daşında və abidədə "Azərbaycan" tarixi həkk olunmayıb? Tariximiz təbii ki, dilimizlə asan olmayan şahmat oynundan öncəki əsrlərə uyğun gəlir. Misal üçün: bu 2018-ci il miladla "-(minus)5548" və ya daha dəqiq 7566-cı ildir. Ən vacibi isə popuqay kimi təkrarən MƏNim adımın həkkidir. Bu tələbata istehza etməyin. Tariximiz maraqlı isə, niyə İmperializmin sildiyi V.İ.Ulyanovun boş yerini belə AXC-yə qısqanaq? Axı, bizi tariximizlə məhv edənlərə heç də qısqanmırıq!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol