Menu

Bakıda yaşayış binasında yanğın baş verib - YENİLƏNİB

29.01.2018, 17:40
Bakıda yaşayış binasında yanğın baş verib - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yaşayış binasında qaz sızmasından yanğın baş verməsi barədə xəbərlərə aydınlıq gətirib.

FHN-dən "Report"a daxil olan məlumata görə, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində beşmərtəbəli yaşayış binasının blokunda mərtəbələr arasında 5 m2 sahədə məişət tullantıları yanıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

* * *

Bakıda yaşayış binasında yanğın olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Yaşayış binasının 2-ci blokunda yanğına qaz sızmasının səbəb olduğu ehtimal edilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol