Azərbaycanın ən böyük yaşayış komplekslərindən olan "AAAF park"ın rəhbərliyi sakinlərə görünməmiş güzəştlər edib.
"AzPolitika"nın məlumatına görə, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) 1-ci vitse-prezidenti, “AAAF Holdinq” MMC-nin təsisçisi Tofiq Heydərov sakinlərin bu günədək olan bütün kommunal borclarının silinməsini, eləcə də bu ilin sonunadək sakinlərin bütün ödənişlərdən azad edilməsini qərara alıb.
Bu barədə açıqlama verən Tofiq Heydərov bildirib ki, son günlər "AAAF Park"dakı bəzi hallarla bağlı sabitliyin pozulması cəhdləri onu narahat edib. Üstəlik, araşdırma zamanı həmin sakinlərin kompleksə olan borclarını ödəmədikləri üzə çıxıb. Bununla belə, Tofiq Heydərov sakinlərin kommunal və digər borclarının silinməsinə, eləcə də bu ilin sonunadək bəzi xidmətlərə görə xidmət haqqından azad edilməsinə qərar verib.
Holdinq rəhbərinin açıqlamasını olduğu kimi təqdim edirik:
"21 yanvar 2018-ci il tarixdə bir neçə sakinimiz işıqların Xırdalan şəhərində sönməsi ilə əlaqədar olaraq parkın giriş hissəsi tərəfdə, Heydər Əliyev prospektində yolu kəsərək hərəkətin gedişinə mane olaraq respublikamızda sabitliyi pozmağa cəhd etmişdilər. Bunun nəticəsində mətbuatda yenidən şirkətlərimizə qarşı mənfi rəy yaratmaqla maddi ziyanlar vurulmuşdur. Bu hadisə haqqında səhifəmdə həmən gün hamıya məlumat vermişdim.
Hadisədən sonra bu işlərlə əlaqəli İH və bir sıra qurumlarda görüşlərdə olduğum və mövcud vəziyyətlə əlaqəli bir sıra müzakirələr apardım
"Artıq şirkətimiz tərəfindən yolu kəsən adamlar haqqında bütün hüquq-mühafizə orqanlarına müraciət edilib. Təsisçisi olduğum şirkətdən bu insanlar haqqında və ödənişləri barədə məlumat istədim. Bir də mənə yolu kəsdikləri barədə yazan jurnalist sakinimizi kabinetimə çağıraraq bu hadisənin səbəbləri barədə məlumat əldə etməyə çalışdım. Hər hadisəyə görə mənə yazdıqlarını və həll etdikdən sonra da təşəkkür etmələrini yazdıqları halda, bu hadisəyə görə niyə mənə bildirməməkləri mənim üçün bir az qaranlıq qaldı. Yolun kəsilməsinin əsas səbəbi kimi işıq sönəndən sonra generatorların çalışmaması, nəticədə istilik və suyun verilməsində qısa vaxt ərzində dayanmaların olması bildirildi. Açığı belə bir xırda məsələyə görə yolun kəsilməsi kimi sabitliyi pozan addımın atılması məndə narahatlıqlar yaratmağa başladı.
Ümumi müştərilərimiz və yolu kəsən sakinlərimizin borclarına baxanda çox şey mənə aydın olmağa başladı. Mənə verilən siyahıda olan yolu kəsən sakinlərimizin demək olar ki hamısının komunala, istilik və sayğaclara görə borclarının olması və bəzilərinin yaşadığı mənzildən olan kredit borcuna görə müqaviləsi ləğv olunanların da olması diqqətimi cəlb etdi. Əvvəllər də evimə, ofisə dəfələrlə belə hücumlar olmuş və mətbuatda işıqlandırılmışdır. Amma bu dəfəki, yolun kəsilməsinə heç cürə haqq qazandıra bilmədiyimdən atmalı olduğum addımları etməkdə çox çətinlik çəkirdim.
Bir neçə gün öncə mətbuatda işıq pulunu ödəyə bilməyən anamızın intihar etməsi isə məndə qeyri bir hal yaratmasına səbəb oldu. Əgər hansısa bir kənddə və şəhərdə bir adam acından və ya fərqi yoxdu, işıq pulunu verə bilmədiyinə görə dünyasını dəyişirsə, bu hadisədə qonşuları və şəhər sakinlərinin hamısı qatil sayılmalıdır. Dünyada və respublikamızda yaranan müvəqqəti çətinlikləri nəzərə alaraq şirkətimiz hər il bu məsələrlə əlaqəli olaraq milyonlarla vəsaitlər ayıraraq sakinlərimizin şəraitinin yaxşılaşdırılması üçün müəyyən tədbirlər görür. Çünki sakinlərimizin çoxu kredit borcu ödəməklə yanaşı komunal borcları ödəməyə həqiqi mənada çətinlik çəkirlər.
Əslində yanvar ayından yeni bir qurum təsis edilməklə parkda olan bütün idarəçilik sakinlərimizə və Zirvə idman klubuna veriləcəkdi. Mənzil və obyektlərin çıxarışlarının azca yubanması buna hüquqi cəhətdən mane oldu. Amma yenə də sakinlərimiz arasında axtarışdayam və buradan sakinlərimizə müraciət edirəm ki, hansı sahədə və işlərdə bizlərə köməklik göstərə bilərlərsə, mənə ərizə şəklində müraciət etsinlər (messenger vasitəsi ilə göndərədə bilərlər).
Bütün bu olan hadisələri nəzərə alaraq bu il sakinlərimizə ediləcək köməkliyi vətəndaşlıq borcu bilərək sizlərin nəzərinə çatdırıram. Hər bir sahibkara çətin vəziyyətdə olan müştərilərimizə və ya vətəndaşlarımıza köməklik etmələrini xahiş edirəm. Belə addımlar onların şirkətlərinin və respublikamızın inkişafına böyük təkan verə bilir.
AAAF park yaşayış kompleksində sakinlərin şəraitinin yaxşılaşdırılmasını nəzərə alaraq qərara alıram.
1. 2017-ci il dekabr ayının 31- nədək sakinlərin şirkətə olan bütün komunal borcu və istiliyə görə olan bocları ləğv edilsin.
2. 2018-ci il dekabr ayının 31-nədək AAAF park sakinləri komunal ödənişlərdən və istiliyə görə olan ödənişlərdən azad edilsin.
3. Sakinlərə sayğacların alınması üçün şirkətlərimiz tərəfindən 12 ay müddətinə faizsiz borc krediti verilməsi üçün köməklik göstərilsin.
4. Mənzil borclarını ödəyə bilməyən sakinlərimizə kredit müddəti müəyyən vaxta qədər artırılsın.
5. Mənzilin kredit borcunu tam ödəyən sakinlərimizə 30 faiz endirilməklə Çıxarışların ödənişsiz verilməsi təmin edilsin.
6. AAAF park yaşayış komplesinin ərazisində fəaliyyət göstərən kluba məxsus obyektlərdə onların üzvlük kartına görə
ödəmələrdə əlavə olaraq endirimlər edilsin.
7. Işıq, su və qaza görə olan borclarını ödəyə bilməyən sakinlərə müraciət əsasında yardımlar edilsin.
8. AAAF park ərazisində yaşayan ailələr arasında heç bir yerdə işləməyən ailə üzvlərindən biri şirkərlərimizə işə götürülməsinə şərait yaradılsın.
9. Ayda ən azı bir dəfə olmaqla AAAF park konfrans zalında sakinlərlə görüş təşkil edilsin və qaldırılan məsələlər haqqında tədbirlər görülsün.
"AAAF park"-ın
təsisçisi
Tofiq Mirhəsən oğlu Heydərov."


Şərhlər
Salam.Mənə qalıq ödənişi birdəfəlik ödəyərkən olunacaq yüzdə əlli güzəştlə bağlı mesaj Bahar bayramı günlərində rayonda olarkən gəldi və mən Bakıya qayıdanda artıq ayın sonuna 5 gün qalmışdı.O kompaniya da ləğv olundu 1 apreldə.Mən ödənişi etməkdə çox çətinlik çəkirəm.Bu xeyirxah ,ALLAH TƏALANIN təqdir etdiyi xoş addımınızdan faydalanmaq mənim kimi 35 yaşlı ,evsizlikdən evlənə bilməyən subay müştərinizə nəsib olmadı.Bilmək istəyirəm ki,bu İslami ,ALLAH yolunda atdığınız çox nəcob güzəşt addımını Ramazanda da atmağının mümkündümü və buna güc və imkanınızın çatmasını Uca ALLAHdan dua edirəm.Atam Cəfərov Fərhad aldığı o evin ödənişlərini demək olar ki,mən ödəyirəm.8000-ə yaxın ödənişim qalıb və ödəniş güzəşti yenə olsa,çox sevinərəm.Təbii ki,bəşəri hiss olaraq güzəştləri etməyə məcbur da deyilsiniz.Bura qədər etdiklərinizin savabı da sizə çox gözəl bir məqam verər ALLAH qatında.Amma,mənim kimi evini tam təmir edib içinə yığışa biməyən insanlara bu əziz Ramazan günlərində uenə savab olaraq güzəşt addımı atsanız duamızı ALKAH eşidər və birə min köməyoniz olar.Çox sağ olun və bu savab addımlara görə ALLAH YARDIMÇINIZ olsun inşaALLAH.Allah CC sayınızı artırsın.Amin
BURDA YAZILAN QERAR INSANLIQ NÜMUNESIDIR.O KI,QALDI QATIL MESELESINE, ÖLKENI VE XALQI BU GÜNE SALANLARDIR QATIL.
Allah razi olsun!Nümunevi addimdi .keşke ölkede sizin kimi oğular çox ola.
MƏNƏ ÇOX QƏRİBƏ GƏLİR.BİZ AZƏRBAYCANLILAR HEÇ VAXT,1 AZƏRBAYCANLI MƏMUR VƏ MİLYONERDƏN KİŞİ HƏRƏKƏTİ, NƏCİB ƏMƏL,MİLLİ QEYRƏT,ƏDALƏT DUYĞUSU GÖRMƏMİŞİK.VƏ HƏYATA BU CÜR DƏ KÖKLƏNMİŞİK.YƏNİ DOĞRUDANMI ÖLKƏDƏ XALQIN DƏRDİNİ ANLAYA BİLƏN ZADƏGAN VARMIŞ? BU DEMOKRATİYA DEMƏKDİR AXI. BU İNSANLIQ,ƏDALƏT,QARDAŞLIQ DEMƏKDİR.A....BURDA NƏ İSƏ 1 İŞ VAR.AZƏRBAYCANDA HEÇ 1 YÜKSƏK RANG SAHİBİ KİMƏSƏ XEYİR VERƏ BİLMƏZ....VERDİYİ SƏDƏQƏNİ DƏ MƏN İSTƏMİRƏM!
Sakinlərin sosial vəziyyətlərini anlayışla qarşıladığınıza görə, qazandıqlarınız sizə halal olsun. Bundan sonrada yəqin ki, AAAF park- müştəri sarıdan korluq çəkməz. Narahatçılığım yalnız digər MTK-ların sizə torba tikəcəkləri ilə bağlıdır...
Zardabi77/a binasinda problem var.Bize yardim edin!!!
Camaatdan alınanın 10 faizi güzəşt formasında camaata qayıtdı. Buna güzəş demək olmaz. Bu şoudur.