Menu

Rusiya və Cənubi Osetiya ümumi müdafiə məkanı yaradır

29.01.2018, 20:47

Rusiya_cecen«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Cənubi Osetiya ilə birdikdə «ümumi müdafiə məkanı» yaratmaq niyyətindədir.

Cənubi Osetiyanın bəzi hərbi birləşmələrinin Rusiya Federasiyası silahlı qüvvələrinin (RF SQ) vahid hazırlıq sisteminə daxil olması barədə saziş iki dövlətin ümumi müdafiə məkanı formalaşdırmasına imkan verəcək. Bu barədə Rusiya silahlı qüvvələri Baş qərargahının Baş operativ idarəsinin rəis müavini Viktor Poznixir xəbər verib.

«Sazişin reallaşması iki dövlətin ümumi müdafiə məkanının yaradılmasına və Cənubi Osetiya orlusunun Cənub hərbi dairəsi ilə vahid hazırlıq sisteminə daxil edilməsinə imkan verəcək» - deyə, Poznixar Federasiya Şurası beynəlxalq komitəsinin iclasında bildirib.

O, qeyd edib ki, sazişin reallaşması «Rusiya Federasiyasının maraqlarına cavab verir, iki dövlətin təhlükəsizliyinin təmin olunmasına xidmət göstərəcək və federal büdcədən əlavə vəsait tələb etməyəcək».

Şərhlər

t.ədalət 2018-01-29 20:47:33

Bu çox təhlükəli bir addımdır.rusiya yaratdığı digər münaqişə zonalarına da "xəbərdarlıq" çatdırır ki, işğalçılıq siyasətini bundan sonra da davam etdirəcək..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol