Menu

Yaxın zamanda Eyfel qülləsində əsaslı dəyişikliklər gözlənilir

30.01.2018, 20:30
Yaxın zamanda Eyfel qülləsində əsaslı dəyişikliklər gözlənilir

2017-ci ildə Parisə yaraşıq verən Eyfel qülləsi 6,2 mln nəfərdən çox ziyarətçini qəbul edib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu, 2016-cı illə müqayisədə 5,6% çoxdur.

Qeyd edək ki, 2016-cı ildə Qülləni 5 841 026 nəfər ziyarət edib.

SETE-nin rəhbəri Ann Yannikin sözlərinə görə, yaxın illər ərzində Eyfel qülləsini əsaslı dəyişikliklər gözləyir: "Mərc edə bilərəm ki, Eyfel qülləsini yeni görkəmdə seyr etmək istəyənlərin sayı daha çox olacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol