Menu

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

31.01.2018, 10:41
Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

"AzPolitika.info" xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 134 il ötür.

Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şürası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şüranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

1992-ci ilin 24 dekabrında Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə "Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

Şərhlər

Vüqar qerbi azerbaycanlı 2018-01-31 10:41:44

Ad günün mübarek ey azerbaycan xalqının üreyi evezi heleki olmayan lidermiz resulzade azerbaycan birbaşa senle baglıdır

Kamran 2018-01-31 10:41:44

Ey haqqın sesi ad günün mübarek seninle qürur duyuram xalqın üreyi resulzade

Qehreman 2018-01-31 10:41:44

Ey ebedi yaşar sen ölsende ruhun qelbimizde yaşayır ne qeder azerbaycan var o qederde sen varsa

Səmədaga 2018-01-31 10:41:44

Allah (T.T) Sizə rəhmət eləsin ey Dahi insan! Haqqınızı bu millətə halal edin. Siz bizim qəlbimizdə əbədi olaraq yaşayacaqsınız!

Nigar 2018-01-31 10:41:44

Qelbimin sesi adgünün mübarek ebedi lidermiz

Valeh 2018-01-31 10:41:44

Ey el atası haqq nazilir amma üzülmürki üzülmür sen hemşe bizim qelbimizdesen ad günün mübarek senin kimi el atasınla qürur duyuram

Metanet müellime 2018-01-31 10:41:44

Özün demişken bir kere yükselen bayraq bir daha enmez sende bizim qelbimize ele yerleşibsenki başqasına yer yoxdu

Rahile 2018-01-31 10:41:44

Azeriler atası ad günün mubarek adın qelbimizde yaşayır

Mamed 2018-01-31 10:41:44

Varis inşallah amin onu mütleq edeceyikki ulu öndermizin ruhu şad olsun ... biz hökmen ulu önderin azad demakratik siyasetni qurmalıyıq

Varis 2018-01-31 10:41:44

Ad günün mübarək ulu öndər! Sizin ülviyyətdən doğan azad, demokratik Azərbaycan ideyasını hələlik həyata keçirə bilmədiyimizə görə bizi bağışlayın... Ruhunuza and içirik ki, Azərbaycan azad və demokratik bir ölkə olacaqdır, İNŞALLAH!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol