Menu

Bakıda 16 yaşlı gənc bıçaqlanıb

31.01.2018, 00:42
Bakıda 16 yaşlı gənc bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda, Dəmiryol Vağzalı ərazisində qeydə alınıb.

Belə ki, 16 yaşlı Mahmudov Tərlan Asim oğlu vağzalda tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə zamanı o, bıçaq xəsarəti alıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Şərhlər

t.ədalət 2018-01-31 00:42:56

Cəza az olduğu üçün hər gün biri bıçaqlanır.Boş-boş məsələlərin müzakirəsindənsə,yaxşı olar ki,deputatlarımız bıçaqlı qatillər haqqında da müzakirə aparsınlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol