Menu

Avropa Bankı Beynəlxalq Bankdan pay almaq istəyir - Danışıqlar başlayıb

31.01.2018, 15:22
Avropa Bankı Beynəlxalq Bankdan pay almaq istəyir - Danışıqlar başlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Beynəlxalq Bankında dövlət payının bir hissəsini almaq üçün ölkə hökuməti ilə danışıqları davam etdirir.

Fed.az xəbər verir ki, Bu barədə AYİB-in baş ofisindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Beynəlxalq Bankın özəlləşdirilməsi prosesində AYİB-in iştirakı hökumətlə danışıqların mövzusudur:

“Qeyd etmək lazımdır ki, bu kifayət qədər iddialı layihədir və nəzərdən keçirilməsi, təsdiqlənməsi və reallaşdırılması müəyyən vaxt tələb edir”.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı 2015-ci ilin iyul ayından sağlamlaşdırma mərhələsindədir.

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı 1992-ci ildən Azərbaycanla əməkdaşlıq edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol