“Son 20 il ərzində dünyada rifah səviyyəsi yüksəlib, 20-dən çox ölkədə əhalinin müxtəlif qrupları üzrə adambaşına düşən gəlir bu göstərici üzrə azalıb və ya dəyişməyib”.
“APA-Economics” xəbər verir ki, bu barədə Dünya Bankının “Millətlərin Sərvəti – 2018: Dayanıqlı gələcəyin qurulması” adlı hesabatında qeyd olunub.
Hesabatda 1995-2014-cü illər ərzində 141 ölkədə insanların rifah səviyyəsi üzrə göstəricilər yer alıb. Hesabata əsasən, Norveç adambaşına düşən sərvətin dəyərinə görə 1 mln. 614,756 min dollarla birinci, Qambia Respublikası isə 5,208 min dollarla sonuncu pillədə qərarlaşıb.
Azərbaycanda isə 2014-cü ildə adambaşına düşən sərvətin dəyəri 85,341 min dollar təşkil edib. Bildirilir ki, 2014-cü ildə Azərbaycanda adambaşına düşən xalis xarici aktivlərin dəyəri 7,384 min dollara bərabər olub.


Şərhlər
Gozumuz aydin isinmedik istisinə kor olduq tustusune cehenneme ki basqasin demirem mənim payima duseni yeyenin burnundan gelsin haram haram xosu olsun
Hansı gic hesablayıb bunu?
Bundan öncəki məlumatdakı təkcə bir "495 morq statistikası" dünyaya(işğalçıya da) töhfələr verən Azərbaycanda ən "demokratik" ərazi, əmək və pay bölgüsü var. Həmin 2014-də adambaşına da yox, hər ailəyə həmin sərvətin üçdən biri çatsaydı əhali yeni xariqələr yaradardı.
Bilmirəm bu rəqəmi bunlar haradan götürüblər? Biz heç 85 dollar almamışıq, qaldı 85 min ola. Düzdür məmurlar 85 milyon dazandılar.Amma bu rəqəmin (85 minin) əhalinin 95%-nə dəxli yoxdur.