Menu

Avropada daha bir konflikt zonası yaradılır

08.07.2014, 09:15
Avropada daha bir konflikt zonası yaradılır

“Macarıstana qonşu olan torpaqlarda yaşayan macarlar muxtariyyat almaq uğrunda fəaliyyətlərini genişləndirməlidirlər”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Macarıstan Parlamentinin spikeri Laslo Kover çıxış edib. Rumıniya ərazisindəki Transilvaniyanı nəzərdə tutan Kover buralardakı xalqın yardıma ehtiyacı olduğunu bildirib. O, buradakı macarlara hər kəsin dəstək verməli olduğunu söyləyib.

Qeyd edək ki, Transilvaniya 1920-ci ildə Trianon razılaşmasına əsasən Avstriya-Macarıstan imperiyasından alınaraq Rumıniyaya verilib. Burada yaşayan əhalinin əksəriyyətini macarlar təşkil edir

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol