Menu

"Rostex” “S-400”-lərin alınması üçün Türkiyəyə kredit ayrıldığını təsdiqləyib

01.02.2018, 22:30
"Rostex” “S-400”-lərin alınması üçün Türkiyəyə kredit ayrıldığını təsdiqləyib

Rusiya və Türkiyə arasında “S-400” zenit-raket sistemlərinin alınması üçün Türkiyə tərəfinə kreditin ayrılmasına dair saziş imzalanıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın “Rostex” dövlət konserninin rəhbəri Sergey Çemezov bildirib.

Qeyd edək ki, bu Rusiya və Türkiyə arasında kredit müqaviləsinin imzalanmasının ilk rəsmi təsdiqidir.

Xatırladaq, Türkiyə bir müddət əvvəl Rusiyadan ümumi dəyəri 2,5 mlrd. dollar olan 4 divizion S-400” zenit-raket sistemləri alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol