Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov 2018-ci il prezident seçkilərində partiyanın namizədinin indiki dövlət başçısı İlham Əliyev olacağını açıqlayıb. Ə.Əhmədov qeyd edib ki, 2018-ci il prezident seçkiləri ilidir və YAP gəncləri Prezident İlham Əliyevin seçkilərdə qələbə qazanmasına öz töhfələrini verəcəklər:
“Güman edirəm ki, ölkəmizin siyasi həyatının başlıca hadisəsinin Yeni Azərbaycan Partiyasının namizədi üçün, Prezident İlham Əliyev üçün uğurlu olmasına, cənab Prezidentin qələbəyə nail olmasına YAP gəncləri öz töhfələrini verə biləcəklər”.
Əlbəttə, YAP-ın 2018-ci il prezident seçkilərində yenidən İlham Əliyevin namizədliyini verəcəyi gözlənilən idi. Ancaq razılaşaq ki, bu qərarın Əli Əhmədov tərəfindən məhz indi elan edilməsi bir qədər gözlənilməz oldu. Çünki hər bir siyasi təşkilat kimi, YAP da öz namizədinin adını adətən partiya tərəfindən təşkil olunan önəmli və kütləvi tədbirlərdə (partiyanın qurultayında, konfranslarda və sair) açıqlayardı. Bunun ardınca isə güclü təbliğat kampaniyasına start verilərdi.
Bəzi müstəqil siyasi müşahidəçilər bu dəfə YAP icra katibinin önə düşməsini namizədin kim olacağı ilə bağlı hakimiyyət daxilindəki ziyanlı müzakirələrə, qeyri-müəyyənliyə son qoymaq, həm hakim komandaya, həm də Azərbaycanda maraqları olan xarici dairələrə mövcud siyasi xəttin İlham Əliyevlə davam etdiriləcəyi mesajını vermək zərurəti ilə bağlayırlar. Bu istiqamatdə növbəti addım isə fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayında atılacaq.

"AzPolitika.info"ya verilən məlumata görə, AHİK-in qurultayında qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul olunacaq. Yəni istənilən halda ən geci fevralın 5-də hakimiyyətin öz namizədini dəyişməyəcəyi, növbəti seçkilərə də İlham Əliyevlə qatılacağı elan olunacaqdı. Görünür ki, YAP-ın icra katibi 15 illik ənənənəni pozaraq, AHİK-in qurultayından əvvəl bu qərarı elan etməklə, indiki həssas dönəmdə YAP-ın önəmini nümayiş etdirmək, eyni zamanda bu məsələdə arxa planda qalmaq istəmədiklərini göstərmək istəyib. Ən əsası isə, bu bir mesajdır ki, namizədlik məsələsində məhz YAP-ın mövqeyi həlledici faktordur...
Qeyd edək ki, hakimiyyətin namizədinin ilk dəfə AHİK qurultaylarında elan olunması bir növ ənənəyə çevrilib. Həm 2003, həm 2008, həm də 2013-cü il prezident seçkilərində İlham Əliyevin prezidentliyə namizədliyi ilk olaraq AHİK-in fevralın 5-də keçirilən qurultaylarında irəli sürülmüşdü. AHİK sədri Səttar Mehbalıyev bununla bağlı 2013-cü il qurultayında deyirdi: "Biz 2003-cü ildə də, 2008-ci ildə də ölkədə İLK DƏFƏ OLARAQ bu addımı atmışdıq, indi də sözümüzün arxasındayıq!".

YAP isə bundan xeyli sonra - 7 iyun 2013-cü ildə, partiyanın V Qurultayında prezident seçkilərində İlham Əliyevin namizədliyini rəsmən irəli sürdüyünü bəyan etmişdi. Görünür bu dəfə YAP heç kimdən geri qalmaq istəməyib və bu səbəbdən də Əli Əhmədov İlham Əliyevin namizədliyini AHİK qurultayından əvvəl elan etdi.
Murad Məmmədov
AzPolitika.info

Şərhlər
Hörmetli eli hesenov ve seddar mehbalıyev menim yaxşı yadımdadı 1998 ci il sekcisinde etibar memmedovun terefdarları o qeder idiki... o günnen azerbaycanda secki öldü etibarda bildiki bu xalqı kücelere cıxarsam rusyadan kömek isteyib ikinci 20 yanvar edecek ...
Hormetli azpolitika.info saytinin rehberi, bir oxucu kimi, xahish edirem, IMKAN VERMEYIN - hakimiyyete YALTAQLIQ TEBLIQATINA, chunki, shexsiyyete perestishin ACI NETICELERINI TARIX SUBUT EDIB! XALQIN MARAQLARINA XIDMET ETMEYEN - YUKSEK VEZIFELI MEMURLAR, Azerbaycanin hakim YAP siyasi partiyasinin UZVLERIDIR, bu barede azpolitika.info MUNTEZEM IFSHAEDICI MEQALELER DERC EDIR !!! YALNIZ DEMOKRATIK AZERBAYCANDA, DUZGUN - AZAD SECHKI SISTEMINI TESHKIL ETMEK MUMKUN OLA BILER !!!
AZƏRBAYCANIN MİLLİ QÜRURU İLHAM HEYDƏROĞLU ƏLİYEV - atası ULU ÖNDƏR HEYDƏR ƏLİYEV fenomenal şəxsiyyətinə layiqli bir övlad və siyasi varisi kimi Azərbaycan xalqından tam dəstək alaraq öz cəsarətli-qətiyyətli əzmkar siyasətiylə AZƏRBAYCANI HƏM DÜNYA MİQYASINDA - HƏM DƏ REGİONDA SÖZ SAHİBİ-REGİONAL GÜC MƏRKƏZİ ETMƏSİNƏ NAİL OLMASI AZAD AZƏRBAYCAN DÖVLƏTİNİN-XALQININ XOŞBƏXT GƏLƏCƏYİNİN HƏLLEDİCİ FAKTORUDUR!
İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. Inaniram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə ilham Əliyev başa çatdıra biləcək. Mən ona öz üm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
… Ulu Öndər həmişə olduğu kimi, xalqa son müraciətində də düzgün proqnoz verdi. O, inanırdı və bildirdi ki, onun davamçıları onun görə bilmədiyi işləri görəcəklər, belə də oldu. Biz – onun davamçıları bununla fəxr edirik. Fəxr edirik ki, onun ideyalarını yaşadırıq. Fəxr edirik ki, müstəqilliyimizi möhkəmləndiririk və Heydər Əliyev yolu ilə gedirik və gedəcəyik. Sağ olun.
zati-aliləri İLHAM ƏLİYEV - AZƏRBAYCAN XALQININ ALTERNATİVSİZ MÜTLƏQ LİDERİDİR!
YAP-da təmizləmələr olacaqmı? Axı Hesablama Palatası haranı.hansı nazirliyi,icra hakimityyətini yoxlayırsa bir sıra cinayət halları (yeyintilər,büdcənin təyinatı üzrə xərclnmədiyi.şiai və digər hallar müəyyən edir.Prokurorluq,məhkəmələr Yap-çıların cinayətini araştırır. Axı bunların hamısı YAP-çılardır.Bu partiyada bu qədər cinayət niyə illərdir törədilib? Bəs nəzarət niyə yoxdur.
Bu partiyanın adına ləkə salmayıb? Təmizləmə labüddür.