Vergilər naziri Mikayıl Cabbarovun Azərbaycan istehsalı olan "NAZ-Lifan” markalı xidməti avtomobildən istifadə etməsi cəmiyyətdə maraqla qarşılanıb. Bildirilir ki, M.Cabbarov həftənin bəzi günlərində xidmətində olan "NAZ-Lifan” markalı Azərbaycan istehsalı maşından da istifadə edir.
Bir müddət öncə Prezident İlham Əliyevin də Naxçıvan Avtomobil Zavodunun istehsalı olan maşınlardan rəsmi qurumların istifadəsini tövsiyə etməsi M.Cabbarovun məntiqi izahı kimi qəbul olunur. Ancaq heç də bütün nazirlərimiz və ya nazirliklərimizdəki xidməti avtomobillər NAZ maşınlarına üstünlük vermir. Hətta Vergilər nazirliyinin özündə belə nazirin bu addımı onun müavinləri və idarə rəisləri üçün nümunə olmayıb.
Görəsən, digər nazirlər və müavinləri hansı xidməti avtomobillərdən istifadə edirlər?
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazir Hüseyn Bağırov adətən işə piyada gedib-gəlir. Yalnız tədbirlər zamanı BMV markalı xidməti maşından istifadə edir.
Qeyd edək ki, H.Bağırovun illərdir işə adətən piyada gedib gəlməsi və onu ən yaxşı halda köməkçisinin müşayiət etməsini Bakı sakinləri də hər zaman müşahidə edir.
Mədəniyyət və Turizm Nazirliyindən isə bildirilib ki, nazirliyin aparatında yalnız nazir və nazir müavinlərinin istifadəsində xidməti avtomobillər mövcuddur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMV, nazir müavinləri isə "Nissan” markalı avtomobillərdən istifadə edir.
Bir həftədən artıqdır digər nazirliklərə göndərilən sorğuya isə cavab verilməyib.
Xatırladaq ki, nazir və nazir müavinlərinin böyük əksəriyyətinin xidməti maşını BMV və "Mersedes” markalı avtomobillərdir.

Şərhlər
Azərbaycanda Nazirlərin qəbuluna düşmək olur ki,qaldı onların
işə piyada getmələri? Nazirlər başda olmaqla İcra başçılarıda özlərini "padşah" hesab edirlər,vətəndaşın şikayətinə baxmaq belə istəmirlər,xalqımızın dəyərli övladlarını təhtid etməkdən kəçinmirlər,Nazirdə vətəndaşın şikayətini araşdırıb tədbir görmək əvəzinə ,İB-nın yalanlarını həqiqət kimi qəbul edirlər.
Həqiqətən qəlbən cənab Prezidentimizi seviriksə,birinci növbədə öz xidmətlərimizlə etimadını doğrultmalıyıq,xalqa sədaqətlə xidmət etməliyik.
... BUNUNLA NƏ DEMƏK İSTƏYİRLƏR?
Fəxr edirəm cənab Novruz müəllimlə,Hüseyn müəllimlə Cabbar müəllimlə.
Onlar nazirdirlər müəllim yox düz yaz
Fazil Məmmədov da işə piyada gəlib getsəydi onun heç müalicə ilə arıqlamasına ehtiyac olmazdı.Həm cəmiyyətə xeyiri olardı ,həm də onun öz canına. Biz sevirik idmanı bir,iki,üç ,dörd.Poladdandı canımız bir,iki,üç.dörd,Vəssalam olasıydi çevik bir insan.
Pah, nə böyük iş olub. Siz nazirlərin piyada hərəkət etməsindən təəccüblənməyin e.Ona təəccüb edin ki, Angela Merkel əlinə zənbil götürüb bazara kartof almağa gedir. Əslində insanlıq belə olmalıdır. Təkəbbür üsyandır.
Beli, cenab Novruz Memmedovun ve cenab Hüsen Bağírovun piyada gediş-gelişini men de görmüşem.
Azərbaycanda fəxr ediləsi bir nəfər də məmur yoxdur...
Ümumiyyətcə işə nasılkada gəlib,gedən məmurların adları açıqlansa maraqlı olardı