Menu

Mübariz Mənsimovun Bakıdakı mülkləri satışa çıxarıldı - FOTO

02.02.2018, 13:03
Mübariz Mənsimovun Bakıdakı mülkləri satışa çıxarıldı - FOTO

Türkiyədə yaşayan və biznes quran azərbaycanlı iş adamı Mübariz Mənsimov Bakıdakı mülklərini satışa çıxarıb.

"AzPolitika" Lent.az-a istinadla xəbər verir ki, biznesmenə məxsus "Palmali” şirkətinin Bakı şəhərinin Nərimanov rayonu, Məmməd Araz küçəsi 27 ünvanında ("Milyonerlər məhəlləsi" adlanan ərazi) yerləşən 4 mərtəbəli ofisi satışa çıxarılıb. Ofisə ilkin olaraq 5 milyon manat qiymət qoyulub.

Bildirilir ki, Mübariz Mənsimova məxsus olan Bakıdakı digər obyekt və yaşayış sahələri də satışa çıxarılıb. Onlar arasında Təbriz küçəsindəki çoxmərtəbəli binada yerləşən mənzillər və qeyri-yaşayış sahələri də var.

Biznesmen Bakıdakı mülklərinin satışı işini bacısının həyat yoldaşı, tanınmış biznesmen Aşur Ağayevə tapşırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol