Menu

Bakıda mənzildə daha bir yaşlı qadının meyiti aşkarlanıb

02.02.2018, 13:32
Bakıda mənzildə daha bir yaşlı qadının meyiti aşkarlanıb

Bakının Nərimanov rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən APA-ya verilən məlumata görə, naziriliyin hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada 1938-ci il təvəllüdlü Abbasova Elmira İbrahim qızının cəsədini aşkar ediblər.

Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, FHN bu gün Nizami rayonunda 1930-cu il təvəllüdlü Salamaşvili Lila Xalimovnanın da cəsədini aşkar ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol