Menu

İşçi yol tikintisi zamanı yük maşınının altında qalaraq ölüb

02.02.2018, 18:47
İşçi yol tikintisi zamanı yük maşınının altında qalaraq ölüb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçisi Ağdamda faciəli şəkildə ölüb.APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdamın Yüzbaşılı kəndində baş verib.

Yol tikintisində işləyən Goranboy rayonunun Zeyvə kənd sakini, 1969-cu il təvəllüdlü Məmmədov Dadaş Cahiyyəddin oğlu “Shacman” markalı yük maşınının altında qalıb.

Hadisənin sürücünün ehtiyatsızlığından baş verdiyi bildirilir.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər

TALİS 2018-02-02 18:47:32

BU QURUMDA TƏXMİNƏN 15 MİN İCİ VAR VƏ ONLARİN ORTA MAASLRİ 400 MANATDİ. RƏHBƏRLİK BUNUN 80 FAİZİNİ OLİ CAN KİMİ SAXLAYİR VƏ NƏTCƏDƏ HIR AYDA 600 MKNMANATİ UDURLAR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol