«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Heyli hansı şərait daxilində Rusiya ilə dost münasibələrin mümkün olması barədə söhbət açıb. Onun sözlərini «FoxNews» nəşri sitat gətirir.
«Ola bilsin, bəzi məqamlar var ki, biz onlarla işləyə bilək və biz bunu edə biləcəyimiz yerdə etməliyik. Ancaq nə qədər ki, Rusiya hökuməti hazırkı dəyərlərinə sadiq qalır və beynəlxalq səhnədə özünü indiki kimi aparır, o, bizim dostumuz olmayacaq» - deyə, Heyli bəyan edib.
Onun sözlərinə görə, hazırkı prezident administrasiyası Rusiya ilə «Ronald Reyqan dövründən üzübəriki administrasiyaların hamısından » sərt davranır.


Şərhlər