«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Sverdlovsk vilayətinin Basmanovskoye kəndində Rusiyanın ilk Prezidenti Boris Yeltsinin doğulduğu ev yanıb.
«Ura.ru» nəşrinin məlumatına görə, yanvarın 26-da baş vermiş yanğın qaz balonunun partlaması səbəbindən baş verib. Nəticədə, binanın yalnız yanmış divarları qalıb.
İlkin məlumata görə, yanğının səbəbi nasaz soba-isitmə sistemi olub. Yanğın zamanı sakinlər evdə olmayıblar. Tümenə getməzdən əvvəl, onlar evə baxmağı qonşudan xahiş ediblərmiş.



Şərhlər