Menu

ABŞ hansı şərtlər daxilində nüvə silahı tətbiq edə bilər? - Pentaqon aydınlıq gətirir...

03.02.2018, 10:30
ABŞ hansı şərtlər daxilində nüvə silahı tətbiq edə bilər? - Pentaqon aydınlıq gətirir...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pentaqon Amerika Birləşmiş Ştatlarının (ABŞ) hansı şərtlər daxilində nüvə silahı tətbiq edə biləcəyi məsələsinə aydınlıq gətirib.

ABŞ müdafiə nazirinin müavini Patrik Şenaxanın sözlərinə görə, ölkəsinin nüvə doktrinası «köhnə siyasətə aydınlıq gətirir».

Nazir müavininin sözlərinə görə, ABŞ nüvə silahından yalnız «fövqəladə şərait»də, o cümlədən, həm də qeyri-nüvə hücumuna məruz qaldığı halda istifadə edə bilər.

«Nüvə doktrinası qeyd edir ki, Birləşmiş Ştatlar fövqəladə hallarda, özünun həyati əhəmiyyətli maraqlarını müdafiə etmək məqsədilə, nüvə silahının tətbiq edilməsi məsələsinə baxa bilər» - deyə, Şenaxan bəyan edib.

Fevralın 2-də, cümə günü Pentaqon ABŞ-ın nüvə doktrinasını dərc edib. Sənəddə ABŞ, nüvə silahının yayılmaması rejiminin dəstəklənməsinə kömək edəcəyini, o cümlədən, nüvə arsenalını azaldacağını öhdəsinə götürür.

Sənəddə həm də Rusiya və Koreya Xalq Demokratik Respublikası (KXDR) təpəfindən gözlənilən təhlükdən bəhs olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol