«AzPooitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İraqın Ənbar əyalətində İŞİD qruplaşmasının döyüşçülərinə qarşı əməliyyata başlanıb. Xəbəri «Əl Sumariyə» telekanalı yayıb.
Əyalətin qərbindəki İraq ordusunun Baş komandanı general-mayor Mahmud-Fəllahi bəyan edib ki, hərbçilər Səudiyyə Ərəbistanı ilə həmsərhəd səhra rayonunu terrorçulardan təmizləməyi qarşıya məqsəd qoyublar.
Əməiyyat, Amerika Birləşmiş Ştatları (ABŞ) başda olmaqla, koalisiya qüvvələri və sünni üsyançıların iştirakı ilə həyata keçirilir.
«Ordu birləşmələri, polis və tayfa üsyançıları, hərbi-hava qüvvələrinin (HHQ) dəstəyi və beynəlxalq kolalisiyanın iştirakı ilə bu gün səhər Ənbar səhrasını İraq-Səudiyyə sərhədi istiqamətində «təmizləmək» məqsədilə, miqyaslı əməliyyata başlayıb» - deyə, komandan xəbər verib.
Xatırladaq ki, ötən il dekabrın axırında İraq ordusu Ənbar əyalətinin Suriya ilə həmsərhəd hissəsini İŞİD döyüşçülərindən təmizləyib.


Şərhlər