«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikasının (ÇXR) xarici işlər naziri Van İ bəyan edib ki, ölkəsi gələcəkdə də mövcud dünya düzənini dəstəkləmək istiqamətində bütün səyləri göstərəcək.
«Biz, mövcud beynəlxalq sistemi möhkəm dəstəkləyəcək, Birləşmiş Millətlər Təşkilatının (BMT) roluna hörmət edəcək, inkişaf etməkdə olan dövlltlərin qanuni haqqını və maraqlarını qoruyacaq və genişləndirəcəyik» - deyə, şənbə günü «Sinxua» agentliyi nazirdən sitat gətirib.
«BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü kimi, Çin bütün ölkələrin rifahı üçün öz tövhəsini verməyə davam edəcək, beynəlxalq öhdəliklçrini yerinə yetirəcək və digər dövlətlərin inkişafı üçün öz köməyini əsirgəməyəcək. ÇXR bundan sonra da bütün ölkələrə bərabər hüquq mövqeyindən yanaşacaq, baş verə biləcək bütün mübahisələrin istisnasız olaraq sülh yolu ilə həllinə çalışacaq, beynəlxalq münasibətlərdə qanunun aliliyinə hörmətlə yanaşacaq» - deyə, XİN başçısı qeyd edib.


Şərhlər