Menu

ABŞ-da iki qatar toqquşdu: 2 ölü, 50-dən çox yaralı

04.02.2018, 18:57

qatar toqqusmaABŞ-ın Cənubi Karolina ştatında sərnişin və yük qatarları toqquşub.Hadisə nəticəsində iki nəfər həlak olub, 50-dən çox insan xəsarət alıb.

Yaralıların xəstəxanaya çatdırıldığı bildirilir.

Qeyd edək ki, “Amtrak” şirkətinə məxsus sərnişin qatarı Nyu-York-Mayami marşrutu ilə hərəkət edirdi. Qatarda 139 sərnişin və 8 heyət üzvü olub.

Toqquşma nəticəsində qatarın bir neçə vaqonu relsdən çıxıb. Hadisə yerinə xilasedicilər cəlb edilib.(trend.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol