Menu

YAP TƏCİLİ QURULTAY ÇAĞIRDI

05.02.2018, 19:03
YAP TƏCİLİ QURULTAY ÇAĞIRDI

Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayının vaxtı məlum olub. APA-nın məlumatına görə, YAP-ın VI qurultayının vaxtı dəyişdirilərək 2018-ci ilin fevralın 8-nə təyin olunub.

Qurultayın vaxtının dəyişdirlməsinə səbəb növbədənkənar prezident seçkisinin elan edilməsidir.

Qurultayda partiyanın prezidentliyə namizədi müəyyənləşdirəcək, sədr və sədr müavinləri, İdarə Heyəti və Siyasi Şuranın tərkibi yenidən seçiləcək.

Hakim partiyanın qurultayının bu ilin mayında keçirilməsi nəzərdə tutulurdu.

Bu gün prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyası qurultay keçirərək rəsmi qaydada prezidentliyə namizədini irəli sürəcək.

Şərhlər

Bashirov Qarib 2018-02-05 19:03:04

Qurultay numayendeleri yerli teshkilatlarin konfranslarinda sechilmelidirse, iki gun erzinde yuze yaxin yerli teshkilati, 700 min uzvu olan bir partiya bu konfranslari nece kechirecek? Yoxsa, axirinci qurultay numayendelerin selahiyyet muddetleri artirilacaq? Buna da aydinliq getirilerse yaxshi olar/

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol