Menu

CAR-da 60 nəfər "ilanın qəzəbi"nə tuş gəldi

05.02.2018, 21:15
CAR-da 60 nəfər "ilanın qəzəbi"nə tuş gəldi

 

Cənubi Afrika Respublikasında (CAR) 60 nəfər inək ətindən zəhərlənərək xəstəxanaya düşüb.

Trend-in məlumatına görə, Mpoza kəndinin sakinləri kobra sancması nəticəsində ölən inəyin ətini yeyiblər.

Nəticədə onlar baş ağrısı, qusma, ishal və digər şikayətlərlə xəstəxanaya yerləşdirilib. Zəhərlənənlər arasında 16 uşaq və 4 yaşlı şəxs olub.

Sakinlər özləri “ilanın qəzəbi” nəticəsində xəstəxanaya düşdüyünü hesab edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol