Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov hökuməti məzuniyyətə göndərib. “Media forum” saytının məlumatına görə, Berdiməhəmmədov qərarını hökumətin ilk yarım ildəki fəaliyyətinə həsr olunmuş iclasında səsləndirib.
Dövlət başçısı 6 ay ərzində bütün sahələrdə yaxşı nəticələr əldə olunduğunu vurğulayıb: “Ona görə də mən nazirliklərin və idarələrin rəhbərlərinə, həmçinin bütün digər rəhbərlərə iyulun 8-dən 20-nə kimi dincəlməyə icazə verirəm”.
Prezident rəhbərlərin Xəzər dənizi sahilindəki “Avaza” turizm ərazisində, ölkənin digər sağlamlıq mərkəzləri və sanatoriyalarında istirahət etmələrinə icazə verib.
Türkmənistanda baş nazirin müavinindən başlayaraq ali məktəb rektorları və qəzet-jurnal redaktorlarına qədər rəhbərlik korpusunun məzuniyyəti müddət və yer baxımından ciddi tənzimlənir. Yüksək rütbəli məmurlar məzuniyyətini xaricdə deyil, evdə keçirməyə üstünlük verir.


Şərhlər