Menu

ADIF “Gəncəbank”ın kreditorlarına müraciət edib

06.02.2018, 09:55
ADIF “Gəncəbank”ın kreditorlarına müraciət edib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Gəncəbank” ASC-nin kreditorlarına müraciət edib.

“Report”un məlumatına görə, müraciətdə bildirilir ki, fevralın 12-dən növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin ödənilməsinə başlanılacaq.

Ödəniş nağdsız qaydada həyata keçiriləcək. Kreditorlar “Gəncəbank”ın Gəncə şəhəri, Atatürk prospekti, 260 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini təqdim etməlidirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol