Menu

İŞİD lideri FTB casusudurmu? - ABŞ-ın cavab verə bilmədiyi sual

08.07.2014, 12:55
İŞİD lideri FTB casusudurmu? - ABŞ-ın cavab verə bilmədiyi sual

İraq, Suriya və Livanda qətliamlar törədən İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının lideri, özünü xəlifə elan edən Əbu Bəkir Bağdadinin 2005-2009-cü ilərdə ABŞ-ın düşərgəsində məhkumluq çəkdiyi məlum olub.

Publika.az “CNN Türk”ə istinadən xəbər verir ki, ABŞ Dövlət Katibi məsələ ilə bağlı sualları cavablandırmaqdan çəkinib. Lakin Amerika mətbuatında gedən xəbərlərə görə, Bağdadi 5 il Bukka düşərgəsində (İraqdakı bir həbsxana – red.) həbsdə olub.

FTB-nin başına 10 milyon dollar qoyduğu İŞİD lideri Əbu Bəkir Bağdadinin xüsusi axtarışda olanlar siyahısındakı fotosunun həbsdə olduğu zaman çəkildiyi bildirilib.

Bağdadinin hansı cinayətlərə görə 4 il müddətində həbsdə olduğu və niyə azad edildiyi məlum deyil. Ancaq FTB sənədlərində onun 42 yaşında olduğu və İraqın Dəclə sahilindəki Samirə şəhərində İbrahim Əli Bədri kimi dünyaya gəldiyi bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol