Menu

2024-cü il Yay Olimpiya və Paralimpiya Oyunlarının vaxtı müəyyənləşib

06.02.2018, 16:00
2024-cü il Yay Olimpiya və Paralimpiya Oyunlarının vaxtı müəyyənləşib

2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının vaxtı müəyyənləşib.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin rəsmi saytı məlumat yayıb. Olimpiya Oyunları 26 iyul – 11 avqustda, Paralimpiya Oyunları isə 28 avqust – 8 sentyabrda təşkil ediləcək.

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunları Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol