Menu

"Sosial şəbəkələr çox pis vəziyyət yarada bilər" - Məzahir Pənahov

06.02.2018, 17:34
"Sosial şəbəkələr çox pis vəziyyət yarada bilər" - Məzahir Pənahov

"Növbədənkənar prezident seçkilərində təşviqat müddəti başlayana qədər hansısa namizədin və onun tərəfdarlarının təşviqatla məşğul olması yolverilməzdir".

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, namizədlər qeydə alınandan sonra təşviqat müddəti başlayana qədər təşviqat qadağandır: "Sosial şəbəkələr idarəolunmaz amilə çevrilib. Bəzən kimsə hansısa namizədi tənqid edir, bunun özü də təşviqat sayılır. MSK, seçki komissiyaları bu hallarda pis vəziyyətdə qalır. İndiyə qədər bu amilə görə MSK hansısa namizədin namizədliyini ləğv etməyib. Sosial şəbəkələr bizim üçün çox pis vəziyyət yarada bilər. Biz beynəlxalq təşkilatların nümayəndələri ilə bu halda məsləhətləşib namizədlə bağlı addım atacağıq".

Şərhlər

cina 2018-02-06 17:34:31

Sənin boyunu yerə soxum!bundan da pis vəziyyət?öıkəni it gününə,camaatı carəsiz qoymusuz.Allal çarənizi kəssin!

..... 2018-02-06 17:34:31

şərhimi verin.Qoca kişiyəm əziyyət çəkib yazmışam

fərman 2018-02-06 17:34:31

Sosial şəbəkələr nejləsin ki əgər sən saxtakarsansa 10 milyon əhalinin səsini saxtalaşdırırsan. Ən çox bu millətə pislik edənlərdən biri də sənsən. SAXTAKAR................

fərman 2018-02-06 17:34:31

Sosial şəbəkələr

sus 2018-02-06 17:34:31

Daha özümüz heç,deməli nəvə-nəticə də bu rejimin zülmündə böyüyəcəklər.Bir qabdan xörəyi uzağı 2 dəfə yemək olur.Nə ola ki, o qabdan ard-arda sənə 16 dəfə yedizdirələr.Şəxsən mən narazıyam

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol