Menu

İstirahət günlərində hava şəraiti yağmurlu keçəcək - Proqnozlar Bürosu

09.02.2018, 11:09
İstirahət günlərində hava şəraiti yağmurlu keçəcək - Proqnozlar Bürosu

“Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti yağmurlu keçəcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bu gün - fevralın 9-da gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam yağış yağacağı gözlənilir: "Mülayim cənub küləyi əsəcək".

G.Məmmədova qeyd edib ki, fevral ayının 10-da və 11-də bəzi yerlərdə yağmurlu hava şəraiti müşahidə olunacaq: "Dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Şərq küləyinin üstünlüyü müşahidə olunacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol