Menu

Tarix Muzeyinin incisi: AXC dövrünə aid bayraq ucluğu - FOTO

09.02.2018, 12:20
Tarix Muzeyinin incisi: AXC dövrünə aid bayraq ucluğu - FOTO

Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda Qafqaz İslam Ordusunun (QİO) hərbi hissələrinə aid müxtəlif materiallar qorunub saxlanılır.

Muzeydən Trend-ə verilən məlumatda bilirilir ki, bunların içərisində 1918-ci ildə Bakını azad etmiş QİO-ya məxsus bayraq ucluğu xüsusi yer tutur. Cümhuriyyət dövrünün tarixi əhəmiyyətli eksponatını Muzeyə AMEA-nın müxbir üzvü, mərhum numizmat və arxeoloq Yevgeni Paxomov təqdim edib.

Qeyd edək ki, Azərbaycan tarixinin ən önəmli səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Muzeydə bu dövrün materiallarından ibarət kataloq nəşrə hazırlanır.

Şərhlər

miri 2018-02-09 12:20:52

Bu yaxınlarda satış saytlarının birində bu ucluğu 10minə satılmasını gormusəm. Fikirləşirdim ki, o qədər artıq pulum olsaydı alıb muzeyə bağışlayandım. Şükürlər olsun ki, tariximizin ən şanlı günlərini "özündə əks elətdirən " bu simvol tarix muzeyində var.Bu uclugun alınmasında əməyi olan hər kəsə təşəkkürlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol