Menu

Dünya çempionatı Kubokunun əsli İlham Əliyevə təqdim edildi

09.02.2018, 15:34
Dünya çempionatı Kubokunun əsli İlham Əliyevə təqdim edildi

Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib.

AzərTAc xəbər verir ki, fevralın 9-da Kubok Azərbaycan Respublikası Prezidentinə təqdim olunub. Kubok futbol üzrə dünya çempionatı Kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo tərəfindən təqdim edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol