“Biz onlardan imtina etmişik”
Bu ilin yanvar ayının 29-da Gürcüstan-Ermənistan sərhədindəki “Baqrataşen” sərhəd-keçid məntəqəsindən həyat yoldaşı Cavid Orucovla Ermənistana keçən Röya Mirzəyevanın atası, tanınmış bəstəkar, Azərbaycanın dövlət himninin yeni aranjimanının müəllifi Rauf Əliyev qızından imtina edib.
Bu barədə AzNews.az-ın əməkdaşı ilə söhbətində R.Əliyevin özü bldirib: “Onunla heç bir əlaqəm yoxdur. Onlar tamamilə ayrı ailədir və mənə heç bir dəxli yoxdur. Biz onlardan imtina etmişik. Ümumiyyətlə, bu barədə danışmaq istəmirəm. İstəməzdim ki, kimsə də danışsın”.


Şərhlər