2018-ci ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin yanvar ayına nisbətən 5,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 5,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,9 faiz bahalaşıb.
Trend-in məlumatına görə, cari ilin yanvar ayında 2017-ci ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 0,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8 faiz ucuzlaşıb. Nəticədə istehlak məhsullarının və xidmətlərin ümumi indeksi 100 faiz səviyyəsində olub.
Dekabr ayı ilə müqayisədə yanvar ayı ərzində qoyun ətinin, südün, pendirin, kərə, zeytun və marqarin yağlarının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, soğanın, kartofun, çay, qəhvə və kakaonun qiymətlərində bahalaşma, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq və mal ətinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, kökün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Şərhlər
Dövlətimiz və fərdi çörəkçilərimiz sağ olsunlar ki, buğda bir manatdan baha olsa da feodal dövrü kimi çörək (və düyü) ilə qidalanmaya münasib qiymət saxlanır. 1980-cı illərdə salınan bağların meyvə bolluğu hiss olunur. Hər ailəyə gündəlik gərəkli kərə yağı bir ildə 2,25 dəfə bahalanıb. Sağlam ət tələbatı çox ailə üçün əl çatmazdır. Satışdakı kənd toyuqları da yerli broyler, kolbasa və balıq məhsulları kimi artıq yararsız qidaya dönür. Bazarlıq faydalı qidadan zəhərlənmə təhlükəsinə çevrilməkdədir.
Bahalaşma süni yaradılır.Dövlət qurumlaı isə belə əsassız bahalaşmalara nəzarət etmir.Niyə? Axı 2 ildir ki, manatın məzənnəsi dəyişmir.Bəs qiymət niyə artır? Bu normaldırmı? Axı dünya bazarında da ərzaqın qiymətlərində artım olmayıb.