Menu

İran hökuməti Azərbaycanın partiya sədrini Tehrana dəvət edib

10.02.2018, 11:05
İran hökuməti Azərbaycanın partiya sədrini Tehrana dəvət edib

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev İran hökumətinin dəvəti ilə qonşu ölkədə İslam İnqilabının 39 illiyinə həsr olunmuş tədbirlərdə iştirak üçün Tehrana gedib.

"AzPolitika"nın məlumatına görə, VİP sədrinin bir neçə gün davam edəcək səfəri çərçivəsində İran prezidenti Həsən Ruhani, parlamentin türk əsilli deputatları və siyasi dairələrin təmsilçiləri ilə də görüşü nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanın siyasi partiya sədrinin İrana rəsmi səfəri nadir hadisələrdən biridir.

Şərhlər

Kamandar moskvalı 2018-02-10 11:05:57

Mende eli beye ugurlar arzulayıram...

Abit 2018-02-10 11:05:57

Eli bey size hörmetim var ancaq ora getsez en azından millete,Dövlete sayqısızlıq olacaq,nüfuzdan düşeceksiz.Sual olur xeyir ola iktidar dura dura sizi? Bu bir oyundur ehtiyatlı olmağınızı tövsiye edirik.Men getmezdim.Bilirsiz niye?ona göre ki,Türkiyenin Suriyada olmasını qanunsuz ve icazesiz sayırlar.Qulağının dibinde ermeni 25 ildi Qarabağı işğal edib sesini bir defe çıxarmayıb.Ona göre prinsipal olmaq lazımdı

Ramil 2018-02-10 11:05:57

Vallah ruslar bizden agıllı ve cox gözelde ad qoyublar birce şo söznü yaddan cıxarıblarki secki şo

Omar 2018-02-10 11:05:57

Bu seckinin adını ruslar artıq qoyublarki "azerbaycanda rusyasayagı (demoqratik) secki"beli bunu ruslar deyir

Kerem 2018-02-10 11:05:57

Eli bey ugrun xeyir olsun hesen ruhanidende xahiş ederdimki o putinide başa salıb bu ilki seckide seni qalib edeler inşallah

Vüqar 2018-02-10 11:05:57

Eger bu seckiye aiddise eli bey prezdent olacaqsa bunu sevinmek lazımdı yox ele qonaq kimi caxrılıbsa kederlebmek lazımdı

İlqar Rusiyalı 2018-02-10 11:05:57

Əli bəy Sizə uğurlar arzulayıram, hər halda yaxın qonşumuz olan nəhəng dövlətin ölkəsinə dəvəti müsbət haldır. Əsasən də bu ölkənin prezidenti cənab Həsən Ruhanı və digər dövlət rəhbərlər ilə təmasda olmaq ölkəmiz üçün müsbət əlamətdir.

Vətəndaş 2018-02-10 11:05:57

Ali bəyi Ruhani haradan tanıya bilər? Bu boş məlumatdır və quş buraxmağa cəhddir. Prezidentin müəyyən idarəçilik təcrübəsi,əhalinin onu tanıması,insanların içərisində olması, kollektivlərlə iş qabiliyyəti v nəhayət ətrafı olmalıdır.Əli bəy boşuna özünü ortaya atıb.İnşaallah bu sözlərim seçkidə tsdiqini tapacaq.Ola bilsin ki,Əli bəy özü də bunu bilir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol