Menu

"Ünvanlı sosial yardımın verilməsində heç bir səlahiyyətə malik deyilik" - Səlim Müslümov

10.02.2018, 11:28
"Ünvanlı sosial yardımın verilməsində heç bir səlahiyyətə malik deyilik" - Səlim Müslümov

Əmək və əh­a­linin sosial müdafi­əs­i naziri Səlim Müs­lüm­ov ünvanlı sosial yardımın (ÜSY) alınmasında problemlərin olması ilə bağlı şikayətlərə münasibət bildirib.

"Report" xəbər verir ki, nazir keçirdiyi mətbuat konfransında hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon və şəhər şöbələri ÜSY ilə bağlı heç bir səlahiyyətə malik olmadığını deyib.

O bildirib ki, ÜSY-yə aid bütün prosedurlar elektron sistemlə həyata keçirir: "Kimlərinsə sözünə aldanmayın ki, sizi pis vəziyyətə salmasınlar. Sadəcə olaraq notariusdan ərizə alaraq elektron qaydada VEMTAS vasitəsilə müraciət etmək olar. Bununla da iş bitir və 15 gün ərzində cavab gəlir".

S.Müslümov deyib ki, nazirliyə daxil olan məlumatlara görə əlilliyin təyin olunması prosesi zamanı da hələ bu problemlər qalmaqdadır: "Hansısa yerli TSEK-ə getmək mənasızdır. Çünki o işə həmin TSEK baxmır. Bir rayona aid olan iş həmişə başqa rayonun TSEK-inə göndərilir, həm də sənədlər anonim olur. Sadəcə olaraq göndərişdə hər şey dəqiq yazılmalıdır. Bu halda da dəqiq şəkildə əlilliyin təyin olunması məsələsinə baxılacaq. Elektron sistem nə məmurlara, nə də hər hansı vətəndaşlara manipulyasiya etmək yeri qoymur, aldanmasınlar".

Şərhlər

Efqan 2018-02-10 11:28:32

Xais edirem men balaken rayonunanam 2 usaq atasıyam isleyen yerim yoxdu nede usaq pulu duzede bilmrem men isle elaqadar balaken rayon basclsna muraciyet etdim meni isle temin edersiz deye ve qayıtdı dedi 100 manatlıq isvar men dedim yoldas bacl bizim ale 6 nefer birce anam pensiya alır bunla nece dolanmaq olar men yüz manatı yola verim usaqlarlma lazlm olanı alım bir netice vermedi men xais edrem ya isden temin olnum yadaunvanlı sosyal yardımakomeklik edin xa8i

Oxucu. 2018-02-10 11:28:32

Bismillahir-Rəhmanir-Rəhim
Hörmətli S.Müslümov deyir ki, əlilliyin təyin olunması prosesinə yaşadıqları rayonun TSEK baxmır. Bu iş başqa rayonun TSEK-inə göndəririk.Bu nəqər düzdür? Əlillərə belə əziyyət niyə verilir? Elə çıxır ki,"Eşəyə gücüləri, çatmır palanı döyürlər".
Hörmətli professor S.Müslümov:
-Bu işin neçə %-ı elektron sistemlə öz həllini tapır?;
-Bu elektron sistemi kim idərə edir?(nazirliyin kadırları da ???).
Cənab professor, nazir S.Müslümov xalq Sizdən xahiş edir ki,Sistemdə olan süründürməçilikdən, rüşvətxorluluğdan, məmuriarın laqeydlikdən, soyuqqanlılıqlarından və biganəliklərindən və s-dan danışarsınız.

Abit 2018-02-10 11:28:32

Bıy ne oldu birden, Allah saxlasın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol