Menu

Kanada baş nazirinin korteji ABŞ-da qəzaya uğradı - FOTO

10.02.2018, 23:05
Kanada baş nazirinin korteji ABŞ-da qəzaya uğradı - FOTO

Kanadanın baş naziri Castin Trüdonun maşın korteji ABŞ-ın Kaliforniya ştatında qəzaya uğrayıb.

Virtualaz.org bildirir ki, bu barədə KABC TV məlumat yayıb.

Qəza nəticəsində baş nazir xəsarət almayıb.

Məlumata görə, Simi-Velli şəhərində Ronald Reyqan adına kitabxanada nitqlə çıxışını bitirdikdən sonra geri qayıdarkən “Toyota” markalı avtomobil baş nazirin kortejini müşayiət edən motosikletlə toqquşub.

Motosiklet və avtomobilin sürücüləri xəstəxanaya çatdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol