Menu

4 nəfəri qətlə yetirdi və intihar etdi

11.02.2018, 16:44
4 nəfəri qətlə yetirdi və intihar etdi

ABŞ-ın Kentukki ştatında 4 nəfəri qətlə yetirən şəxs daha sonra intihar edib.RİA “Novosti” xəbər verir ki, şənbə günü Peyntsvill şəhərində atışma olması barədə polisə məlumat daxil olub.

Hadisə yerinə yollanan polislər bir evin mətbəxində güllələnərək öldürülmüş 2 nəfərin meyitini aşkarlayıb. Şahidlər qatilin qara rəngli "Toyota Camry" markalı avtomobillə hadisə yerindən uzaqlaşdığını bildiriblər. Bir müddət sonra həmin avtomobil Peyntsvill şəhərində küçələrdən birində aşkarlanıb. Avtomobilin dayandığı evin qarşısında aparılan axtarış zamanı daha iki nəfərin, o cümlədən cinayətkarın meyitləri aşkarlanıb. Cinayətkarın törətdiyi son qətllərdən sonra özünü öldürdüyü məlum olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol