PYD terrorçuları məqsədli şəkildə mülki geyimlərdə gəzirlər.Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş Qərargah rəhbəri Hulusi Akar deyib.
O bildirib ki, terrorçular dinc əhalini heçə sayaraq bəzi evlərdən atəş nöqtəsi kimi istifadə edir: “Mülki şəxslər bizim üçün toxunulmazdır. Onların hədəf alınmaması üçün hər cür diqqəti göstəririk.
Şəhidlərimizin bir damla qanı belə yerdə qalmayacaq”.

Şərhlər