Menu

Rusiyada sərnişin təyyarəsinin qəzaya uğradığı an kameraya düşüb - VİDEO

12.02.2018, 09:50
Rusiyada sərnişin təyyarəsinin qəzaya uğradığı an kameraya düşüb - VİDEO

Rusiyanın Moskva vilayətində "AN-148" tipli sərnişin təyyarəsinin qəzaya uğradığı an kameraya düşüb. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, videonun 26-cı saniyəsində partlayışın baş verdiyi əks olub.

Kadrlardan göründüyü kimi, partlayış baş verdikdən sonra təyyarə müəyyən məsafə qət edir və sonda yerə çırpılır.

Qeyd edək ki, Moskva-Orsk marşrutu ilə uçan AN-148 tipli sərnişin təyyarəsi Moskva vilayəti ərazisində qəzaya uğrayıb. Nəticədə 65 sərnişin və 6 heyət üzvü ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol