Menu

“Moody’s”: Bu il Azərbaycanda ÜDM 1,5% artacaq

12.02.2018, 14:00

moodys“2017-ci ilin əvvəllərindən neft qiymətlərinin stabilləşməsi Azərbaycan iqtisadiyyatının sabitləşməsinə töhfə verib”.

“APA-Economics” xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı dərc etdiyi “İqtisadi diversifikasiyanın perspektivləri” adlı sənəddə qeyd olunub.

Bildirilir ki, bu il iqtisadi artım 1,5% təşkil edəcək. “2018-ci ildə ölkədə tədiyyə balansı ÜDM-in 1%-i olmaqla profisitlə icra olunacaq. Müsbət ÜDM artımı ilə yanaşı tədiyyə balansının profisiti dövlət borcunun sabitləşməsinə yardım edəcək” - deyə sənəddə qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol