Hafiz Paşayev "ADA" Universitetinin rektoru təyin edilib
Prezident İlham Əliyev “ADA” Universitetinə rektor təyin edilməsi haqqında sərəncam imzalayıb. AzərTAc-ın yaydığı məlumata görə, Hafiz Mir Cəlal oğlu Paşayev “ADA” Universitetinə rektor təyin edilib.
“ADA” Universiteti - Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları Universitetinin əsasında yaradılıb.
Xatırladaq ki, Azərbaycan Diplomatiya Akademiyası universitetə çevrilməmişdən öncə Hafiz Paşayev bu akademiyanın rektoru olub.


Şərhlər