Menu

Xarici İşlər Naziri son 13 ildə ilk dəfə Özbəkistana səfər edəcək

08.07.2014, 20:08
Xarici İşlər Naziri son 13 ildə ilk dəfə Özbəkistana səfər edəcək

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu iyulun 10-12-də Özbəkistana səfər edəcək.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bu, onun Türkiyə Xarici siyasət idarəsi rəhbəri qismində Özbəkistana son 13 ildə baş tutacaq ilk səfəri olacaq.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə ediləcək.

Ə.Davudoğlu, həmçinin Səmərqənd və Buxara kimi tarixi şəhərləri ziyarət edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol