Menu

Arif Hacılı Tofiq Yaqublunu vəzifəsindən azad etməsinə aydınlıq gətirib - Yenilənib

14.02.2018, 22:18

Tofiq

Müsavat Partiyasının başqanı Arif Hacılı Tofiq Yaqublunu partiya başqanının müavini vəzifəsindən azad etməsinə aydınlıq gətirib.

"Report"un xəbərinə görə, A.Hacılı deyib ki, başqan müavini vəzifəsi konkret icra funksiyalarının həyata keçirilməsini nəzərdə tutur.

O bildirib ki, Tofiq Yaqublu başqan müavini kimi bu funksiyaların həyata keçirilməsinə kifayət qədər diqqət və zaman ayıra bilmədiyi üçün vəzifəsindən azad edilib:

"Tofiq Yaqublu Müsavat Partiyası Divanının üzvüdür və bundan sonra da partiyada fəaliyyətini davam etdirəcək".

Qeyd edək ki, T.Yaqublu Milli Şuranın da üzvüdür.

***

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu vəzifəsindən azad olunub.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb.

Buna səbəb T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib. Xatırladaq ki, Müsavat Partiyası həmin təşkilatdan 2013-cü ildə çıxıb.

T.Yaqublu "Report"a açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəmədiyini bildirib.

Şərhlər

Lətif 2018-02-14 22:18:06

Arif Hacılı bilirmi ki, Müsavat partiyası müxalifət patiyası olmaqdan çox uzaqlaşıb.Artıq xalq içərisində onun hörməti olmadığı kimi,üzvlərinin sayı da getdikcə azalıb.Bİr də ki,müsavatın hansı fəaliyyəti görükür? Xalq içərisində görükmür,fəaliyyəti hiss olunmur. Od püskürən Arifin səsi batıb.Müsavat qəzeti oxunmur.Çünki digər iqtidar qəzetlərinin təkrarı olub.Axı bunlar göz önündədir.Yazıq Yaqublu nəyi icra etməli idi ki?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol