Menu

Litvada Rusiya kanalının yayımı dayandırılıb

14.02.2018, 22:16
Litvada Rusiya kanalının yayımı dayandırılıb

Litvanın Radio və Televiziya Komissiyası Rusiyanın "RTR-Planeta" telekanalının yayımının dayandırılması barədə qərar qəbul edib.

"Report" "Diena" nəşrinə istinadən xəbər verir ki, telekanal bir il müddətinə efir hüququndan məhrum olub.

Buna kanalda efirə gedən bir sıra verilişlərdə Litvanın nifrət, ədavətin qızışdırılması və müharibənin təbliğatını qadağan edən maddəsini pozan məlumatların səsləndirilməsi olub.

Komissiyanın üç bu kimi qanun pozuntusu qeydə aldığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol