Menu

DİN qanqsteri Hacı Məmmədov da səs verib

09.10.2013, 14:10
DİN qanqsteri Hacı Məmmədov da səs verib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və köməkçisi Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında keçirilən prezident seçkilərini müşahidə ediblər.

E. Behbudovun APA-ya verdiyi məlumata görə, istintaq təcridxanasında saxlanılan bütün təqsirləndirilən şəxslər seçkidə iştirak ediblər: “Hacı Məmmədov, Pərviz Həşimli və digər saxlanılan şəxslər seçkidə iştirak etdilər. Onlar müstəqil şəkildə səs verdilər. Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında səsvermə artıq başa çatdı. Qutular möhürlənənə kimi biz orada olduq və prosesi izlədik. Hər hansı neqativ halla qarşılaşmadıq. Milli Təhlükəsizlik Nazirliyi seçki prosesinin şəffaf keçirilməsi üçün lazımi şərait yaratmışdı” .

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol